ABŞın kosmetika nəhənginə ilk dəfə qadın başçılıq edəcək


Digərləri 10 İyn 2018 20:40:00 225 0

ABŞın kosmetika nəhənginə ilk dəfə qadın başçılıq edəcək

ABŞ-ın kosmetika məhsulları istehsalçısı "Revlon"a tarixində ilk dəfə olaraq qadın - Debra Perelman başçılıq edəcək.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkətin saytında bildirilib ki, yeni təyinata qədər o, "MacAndrews & Forbes" investisiya şirkətində çalışıb.

Adıçəkilən investisiya şirkətinin 80%-dən çoxu isə "Revlon"a aidddir. Debra Perelman "Revlon"nun İdarə Heyətinin Sədri Ronald Perelmanın qızıdır. Debra, "Revlon"dakı yeni təyinatına qədər isə "MacAndrews & Forbes" investisiya şirkətinin strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsində çalışıb.

Perelman "MacAndrews & Forbes"dəkı vəzifəsi boyunca "Deluxe Entertainment", "Clarke American", "John H. Harland Company" və "Valassis Communications" kimi şirkətlər ilə əməkdaşlığa başlayıb.