“Cəsarət, təvazökarlıq və intizam”: Marşal Qldsmit


Digərləri 10 İyn 2018 20:45:00 295 0

“Cəsarət, təvazökarlıq və intizam”: Marşal Qldsmit

Gənc müdirlərə məsləhətlər

Liderliyin təbiəti

- Kimi lider adlandırmaq olar?

Liderlik digər insanlarla qarşılıqlı əlaqədə olmaq bacarığıdır. Burada əsas söz "digər"dir. Yaxşı icraçı şəxsi nailiyyətləri üçün çalışır. Liderin vəzifəsi isə digərlərinin də nailiyyətləri ilə öyünməsini təmin etməkdən ibarətdir.

- Lider olmaq üçün özündə hansı xüsusiyyətləri tərbiyə etmək lazımdır?

Mən üç əsas xüsusiyyəti qeyd edərdim. Birincisi, cəsarətdir. Güzgüyə baxıb daha yaxşı olmaq lazım olduğunu dərk etmək üçün kifayət qədər cəsarət lazımdır. İkincisi, təvazökarlıqdır. Özünə və digər insanlara sizdən bir şəkildə üstün olduqlarını etiraf etməyi bacarmaq lazımdır. Və üçüncüsü, intizamdır. Yalnız intizamlı insan öz üzərində işləyə bilər.

- Lider necə olurlar?

Son.az bizplus.az-a istinadən bildirir ki, ilk dəfə öz işlərini açan və ya sadəcə komandanın başında dayanan insanlar özlərində dəyişiklik etməli və güclü icraçılardan liderə çevrilməli, "mən"dən "biz"ə meyillənməlidirlər.

Yaxşı icraçı da məqsədlərinə çatır, lakin o bunu tək edir. Lider ilə icraçının fərqi də elə bundadır. Xüsusilə yaxınlarda vəzifədə yüksəlmiş insanlara məhz bunu dərk etmək çətin olur.

- Yaş məhdudiyyətləri haqda

Yoxdur. Hətta yeniyetmə effektli lider ola bilər.

Komanda işi haqda

- Yeni komandanın etibarını necə qazanmaq olar?

Ən vacibi etibarın zamanla əldə olunduğunu anlamaqdır. Siz komandanızı tanımalısınız, komandanız isə sizi. Dinləməyi öyrənmək və keyfiyyətli əks əlaqə qurmaq üçün vaxt lazımdır. Yeni insanların etibarını qazandığınız zaman, yerinə yetirə bilməyəcəyiniz vədləri verməmək çox önəmlidir.

- Nə üçün sizdən güclü insanları işə götürmək vacibdir?