Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlanır


Digərləri 10 İyn 2018 20:29:00 266 0

Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlanır

"Yüksək Texnologiyalar Parkı" MMC Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlayır.

Son.az Trend-ə istinadən bildirir ki, agentliyin müsahibinin sözlərinə görə, söhbət xarici şirkətlər üçün ölkədə istehsalatın təşkili üçün əlverişli şərait yaradılmasından gedir:

"Bu proqrama əsasən xarici şirkətlər sənaye parkları üzrə rezidentlər üçün nəzərdə tutulan bütün güzəştlərdən (vergi və gömrük) istifadə edə biləcəklər. Bizim planlarımıza potensial istehsalçıların ölkəyə cəlb olunması daxildir və ölkədə yüksək texnoloji məhsulların istehsalı üçün ən münasib yer isə Yüksək Texnologiyalar Parkıdır".

Hazırda Yüksək Texnologiyalar Parkının Mingəçevir filialında "Acer" kompüterləri yığılır. İstehsal Azərbaycanın "H-Tech" şirkəti tərəfindən təşkil olunub. Şirkətin dövriyyə kapitalı ilin sonunadək 10 milyon manata qədər artırılacaq.