Hamiləliyin qarşısını alan kontraseptiv və təbii üsullar


Digərləri 10 İyn 2018 20:35:00 317 0

Hamiləliyin qarşısını alan kontraseptiv və təbii üsullar

Ailə planlaşdırılmasının ayrılmaz hissələrindən biri də kontraseptiv üsulların seçilməsidir. Kontrasepsiya - hamiləliyin müxtəlif üsullarla qarşısını alır, arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün abort təhlükəsi yaranmır. Bəs bu gün Azərbaycanda daha çox istifadə olunan kontraseptiv üsullar hansılardır?

Kontraseptiv Həblər -arzuolunmaz  hamiləliyin qarşısını almaq üçün gündə bir dəfə qəbul edilən həblərdir. Onların tərkibində növündən asılı olaraq qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik estrogen və progestin hormonları vardır. Son.az saglamliq.isim.az-a istinadən bildirir ki, qadın hamiləlikdən qorunmaq istədiyi müddət ərzində həbləri hər gün eyni vaxtda qəbul etməlidir. Düzgün istifadə edildikdə həblər yüksək dərəcədə effektlidir. Bəzi həblər ginekoloji pozğunluqlar olduqda müalicəvi məqsədlə də istifadə edilir. Həblərin qəbulunu dayandırdıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti tezliklə bərpa olunur. Bu həblər yüksək dərəcədə etibarlı və zərərsizdir.

Plastır - kontraseptiv plastır (5x5 sm) dəri üzərinə yapışdırılır və sintetik hormon (estrogen və progestin) ifraz etməyə başlayır. Plastır həmin hormonların sutkalıq dozasını ifraz edir və ifraz olunmuş hormonlar dəri vasitəsilə qana keçir. Qadın orqanizminə təsiri kontraseptiv həblərlə eynidir.  Kontraseptiv həblər kimi, plastırların da istifadəsi asandır, amma onu həftədə bir dəfə dəyişmək lazımdır. Dəri üzərinə yapışdırılan bu vasitə görünəndir, bəzən də dərinin qıcıqlanmasına səbəb olur.  

Vaginal Halqa - plastik materialdan hazırlanır və tərkibində qadın orqanizmində hasil olunan hormonlarla analoji olan sintetik iki hormon (estrogen və progestin) vardır. O, uşaqlıq yoluna yerləşdirilir. Tərkibindəki hormonlar qan dövranına sovrulur və qadını arzuolunmayan hamiləlikdən qoruyur. Üstün və çatışmayan tərəfləri, əlavə təsirləri  kontraseptiv həblərlə eynidir.

Kişi  Prezervativləri -rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir. Qadını hamilə qalmaqdan qoruyan bu vasitədən kişilər hər cinsi əlaqə zamanı istifadə etməlidirlər. Düzgün və müntəzəm istifadə olunduqda yüksək dərəcədə etibarlıdır. Hər prezervativ yalnız bir dəfə istifadə oluna bilər. Onu da qeyd etmək lazımdır ki, prezervativ həm hamiləlikdən, həm də cinsi yolla yoluxan infeksiyalardan və HIV/AIDS-dən qoruyan yeganə üsuldur!

Uşaqlıqdaxili Vasitə (UDV, spiral ) - hamiləliyin qarşısını almaq üçün plastik materialdan hazırlanmış kiçik ölçülü elastik vasitədir. UDV təlimləndirilmiş tibb işçisi tərəfindən uşaqlıq boşluğuna qoyulur. Üsulun istifadəsi çox əlverişlidir, o, qadını 1-10 il və daha artıq müddət ərzində (növündən asılı olaraq) arzuolunmaz  hamiləlikdən qoruya bilər. Spiral uşaqlıq boşluğundan çıxarıldıqdan sonra qadının hamilə qalmaq qabiliyyəti dərhal bərpa olunur. Yüksək dərəcədə etibarlı və zərərsizdir.

Spermisidlər - arzuolunmaz  hamiləliyin qarşısını almaq üçün cinsi əlaqədən bir qədər əvvəl uşaqlıq yoluna yeridilən kimyəvi vasitədir. Spermisidlər həb, şam, köpük, jele, əriyən plyonka və krem şəklində istehsal olunur. Spermisidlərin istifadəsi asandır, lakin digər müasir üsullarla nisbətən, bu üsul bir qədər az etibarlıdır.

Təcili Kontrasepsiya (TK) -cinsi əlaqədən (heç bir kontraseptiv üsuldan istifadə edilməyən) sonra hamiləliyin qarşısını almaq üsullardır. TK məqsədilə aşağıdakı vasitələrdən istifadə olunur:

•           Kontraseptiv həblər.

•           Mis tərkibli UDV-lər.

Təcili kontrasepsiya isə yalnız aşağıdakı hallarda istifadə edilir:

•           Qadın qorunmamış cinsi əlaqədə olduqda;

•           Qadın məcburi cinsi əlaqədə olduqda və ya zorlama hallarında;

•           Prezervativ cırıldıqda;

•           UDV/Spiral düşdükdə.

Təcili kontrasepsiya qorunmamış cinsi əlaqədən sonra 5 gün ərzində (mümkün qədər tez) istifadə olunmalıdır. Əgər siz vaxtında hərəkət etsəniz, təcili kontrasepsiya hamiləliyin qarşısını ala bilər. Təcili kontrasepsiya üsulundan arzuolunmaz hamiləliklərdən qorunmaq üçün müntəzəm istifadə etmək olmaz. Onlardan yalnız təcili hallarda istifadə edilir. Bir zəruri məqamı da xatırladaq ki, bu üsul hamiləliyin qarşısını almağa yönəlib, TK abort törətmir və artıq mövcud olan hamiləliyə mənfi təsir göstərmir.

Döşlə Əmizdirmə Metodu (LAM - Laktasion Amenoreya Metodu) - təbii üsuldur. Bu üsuldan doğuşdan sonra 6 ay müddətində istifadə etmək olar. Laktasion Amenoreya - əmizdirmə ilə bağlı aybaşının olmaması deməkdir. LAM-ın əsasını əmizdirmə zamanı qadının hamilə qalmaq qabiliyyətinin müvəqqəti dayanması təşkil edir. Doğuşdan sonra körpəsini əmizdirən bütün qadınlar bu üsuldan təhlükəsiz  istifadə edə bilərlər. LAM-ın istifadəsi üçün 3 şərt eyni vaxtda mövcud olmalıdır:

Doğuşdan sonra ananın aybaşı dövrünün bərpa olunmaması, Körpənin 6 aydan kiçik olması, Körpənin tələbatına uyğun tez-tez, gecə və gündüz yalnız ana südü ilə qidalandırılması.  

Qeyd edək ki: