Yeni, fərqli Lexuslar FOTO


Digərləri 10 İyn 2018 19:30:00 323 0

Yeni, fərqli Lexuslar  FOTO

Çikaqo-2018 avtosalonu çərçivəsində Yaponiyanın Lexus markası 2018-ci model ilinə məxsus gücləndirilmiş Lexus RC F və Lexus GS F-in xüsusi versiyalarını təqdim edəcək. Onlar 10th Anniversary Limited adlanacaq. Avtomobillərin buraxılışı F-bölməsinin 10 illik yubileyinə həsr ediləcək.

Son.az auto.az-a istinadən bildirir ki, amerikalı müştərilən gücləndirilmiş yubiley modellərini - Lexus RC F 10th Anniversary Limited və Lexus GS F 10th Anniversary Limited-i bu ilin yayından əldə edə bilərlər. Hər iki avtomobilin fərqləndirici xüsusiyyətləri onların eksklüziv Nebula (xüsusi tutqun boz) rəngi ilə boyanmasıdır.

Şirkətdən bildiriblər ki, Lexus markasının seriyalı avtomobilləri superkar LFA-dan sonra ilk dəfə tutqun rəngdə olacaqlar. Gözəl 19-düymlük qara təkər diskləri və Michelin Pilot Sport PS2 şinləri də əla təzad yaradır. Avtomobilin təchizatına, həmçinin mavi supportları olan əyləc sistemi daxildir.


Xəbərə aid fotolar