Ruslar kütləvi şəkildə internetdən


Digərləri 10 İyn 2018 19:20:00 305 0

Ruslar kütləvi şəkildə internetdən

Cari ilin əvvəlindən istifadəçilər "Youla" (Юлa) xidmətində digər dövrlər ilə müqayisədə 3 dəfə çox benzin axtarmağa başlayıblar. Son ay ərzində müvafiq axtarışların həcmi nə az nə çox, düz 2 dəfə artıb.

Son.az facemark.az-a istinadən bildirir ki, bu barədə şirkətin məlumatında deyilir.

İstifadəçilər ən çox (43%) xidmətdə dizel yanacağını axtarırlar. Aİ-92 və Aİ-95 markalı benzin ilə bağlı sorğular müvafiq olaraq 29% və 25% olub. Xidmətdən bildiriblər ki, 2018-ci ilin əvvəlindən yanacağın qiyməti 18,5% artıb.

Ən çox bahalaşma isə Aİ-80 markalı benzində müşahidə edilib-təxminən bir litrdə 10 rubldan 34 rubla qədər. İlin başlanğıcından Aİ-92 markalı benzinin qiyməti 20% artıb, təxminən bir litrdə 36 rubla qədər.