10 dollarlıq bloqdan milyonlar qazanan qadın:


Digərləri 10 İyn 2018 19:10:00 236 0

10 dollarlıq bloqdan milyonlar qazanan qadın:

Tanış olun, dünyanın ən çox qazanan moda bloqeri: Chiara Ferragni.

7 may 1987-ci ildə dünyaya gələn Ferragni, uşaqlıqdan gözəl üzü və fotogenik olduğu üçün diqqət mərkəzində olub. İlk dəfə modelliyə 5 yaşında başlayıb.

Son.az bizplus.az-a istinadən bildirir ki, 16 yaşında ciddi şəkildə moda işinə başladı. Bundan sonra Ferragni moda ilə daha yaxından maraqlanmağa başladı. Sevgilisi Ricaardo Pozzoli onu bloq yaratmağa razı saldı. Pozzoli həmin dövrdə marketinq üzrə təhsil alırdı. Pozzolinin strategiyaları və Ferragninin tərzi birləşdi və ortaya məşhur bloqer çıxdı.

Bloq 2009-cu ildə fəaliyyətə başladı. Ferragni gözəlliyi və tərzi ilə qısa müddətdə insanları cəlb etməyi bacardı. 2 il ərzində bloqu 1 milyon unikal ziyarətçi ziyarət etdi.