Yeni Hyundai Santa Fenin sirri açıldı FOTO


Digərləri 10 İyn 2018 17:01:00 334 0

Yeni Hyundai Santa Fenin sirri açıldı  FOTO

Hyundai Motor Company yolsuzluq avtomobili Hyundai Santa Fe-nin yeni nəslinin sirrini açıb. O, daxili bazar üçün nəzərdə tutulub. Brendin yerli dilerləri artıq sifarişləri qəbul etməyə başlayıblar.

Son.az auto.az-a istinadən bildirir ki, hazırda Koreya şirkəti yeni Hyundai Santa Fe-nin iki rəsmi şəklini dərc edib. Birində eksteryerin, digərində isə interyerin dizaynı göstərilib. Həmçinin avtomobil barədə bəzi məlumatlar bəlli olub.

Beləliklə, yolsuzluq avtomobili Hyundai Santa Fe-nin dördüncü nəsli tam yeni eksteryer və interyer dizaynı alıb. Xarici görünüşdə yeni radiator barmaqlığı, kompakt kross Kona üslubunda hazırlanmış orijinal işıq texnikası var.

Yeniliyin ölçüləri də məlumdur: Hyundai Santa Fe-nin uzunluğu 4700 mm, eni 1880, hündürlüyü 1680-dir. Təkər bazasının ölçüsü 2700 mm təşkil edir. Ümumilikdə, avtomobil daha müasir və dəbli görünür.


Xəbərə aid fotolar