Trampdan müharibəyə səbəb ola biləcək


Dünya 10 İyn 2018 16:31:00 238 0

Trampdan müharibəyə səbəb ola biləcək

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu sərt şəkildə tənqid edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, prezident C.Trüdonun ABŞ-ın polad və aliminiuma gömrük vergisi tətbiq etməsindən sonra G-7 Liderlər Zirvəsinin hesabatını imzalamayacağını açıqlayıb.

Adəti üzrə, tvitterdən yazılı açıqlama verən Tramp "Baş nazir Castin Trüdo mən zirvədən ayrıldıqdan sonra mətbuat konfransı təşkil edərək ABŞ-ın gömrük vergilərinin həqarət olduğunu deyənə qədər G-7 toplantılarımızda çox həssas və nəzakətli davrandı. Olduqca ikiüzlü və zəif".

ABŞ-ın yeni gömrük vergilərini Kanadanın Amerika istehsalı süd məhsullarına tətbiq etdiyi 270% gömrük vergisinə cavab olaraq tətbiq etdiyini deyən Tramp "Castinin mətbuat konfransındakı yanlış açıqlamalarına və Kanadanın amerikalı fermer, işçi və şirkətlərinə tətbiq etdiyi böyük gömrük vergilərindən dolayı ABŞ təmsilçilərinə G-7 toplantılarının hesabatını imzalamayacağımı dedim" ifadələrini işlədib.