Azərbaycan Rusiyadan “Terminator” almaq istəyir VİDEO FOTO


Dünya 10 İyn 2018 16:36:00 357 0

Azərbaycan Rusiyadan “Terminator” almaq istəyir  VİDEO  FOTO

Azərbaycan Rusiyadan BMPT-72 "Terminator-2" tanka dəstək döyüş maşınlarını almağa maraq göstərir. V

Son.az virtualaz.org-a istinadən bildirir ki, "Terminator-2" tanka dəstək döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir.

Rusiya artıq "Terminator-2" döyüş maşınlarını Suriyada sınaqdan keçirib. "Rostex" korporasiyasının sənaye üzrə direktoru Sergey Abramov bildirib ki, texnika özünü real döyüş şəraitində çox əla göstərib və aprel ayından başlayaraq Rusiya ordusunun silahlanmasına daxil edilir.


Xəbərə aid video


Xəbərə aid fotolar