Ailəsi tərəfindən zorlanan, atasi intihar edən, oğlu öldürülən…


Digərləri 10 İyn 2018 15:50:00 326 0

Ailəsi tərəfindən zorlanan, atasi intihar edən, oğlu öldürülən…

Çarliz Seron

Məşhur aktrisa hələ 15 yaşındaykən anasının spirtli içki aludəçisi olan atası tərəfindən öldürülməsinin şahidi olmuşdu. Amma o, yaşadığı bu travmanın gələcəyinə təsir etməsinə icazə vermədi. Aktiraslıq zirvəsinə qalxaraq "Oscar" mükafatı qazanan ilk Cənubi Afrikalı aktrisa oldu. Verdiyi müsahibələrin birində bu yaşadığı travmanın ürəyində bir döymə kimi qaldığını deyən aktrisa bunun, həyatını idarə etmədiyini də söyləmişdi.

Nikol Kidman

Son.az gencaile.az-a istinadən bildirir ki, ana olmaq istəyən, ancaq arzuları ürəklərində qalan qadınlar bunun nə qədər çətin olduğunu bilir. Ancaq Nikol Kidman bu acısını media vasitəsilə bütün dünyayla paylaşdı. Ümidsizliyə düçar olmayan Nikol 2 uşaq övladlığa götürdükdən sonra  ilk qızı Sunday dünyaya gəldi. Nikol "Düşmə, hamiləlik, doğum müalicələri aldım. Hamilə qalmaq üçün nə lazımdırsa, hamısını etdim. Sundaya hamilə qalacağıma inanmırdım. Şans çox az idi. O, mənim həyatımdakı möcüzədir", - deyib.

Ofrah Vinfrey

Ofrah bu gün dünyadakı ən bacarıqlı qadınlardan biri ola bilər, ancaq hazırki vəziyyətinə gəlib çatmaq üçün çox çətin anlar yaşayıb. 10 yaşından etibarən ailə üzvlərinin cinsi təcavüzünə məruz qalmış və bu da onun yeniyetmə yaşından cinsi qarışıqlıq yaşamasına səbəb olmuşdu. 14 yaşında hamilə qalmış, ancaq oğlunu dünyaya gətirdikdən qısa müddət sonra itirmişdi. Bu acı dolu sirri 1990-cı ildə qohumu tərəfindən açılana qədər gizlətmişdi. Ofrah "sən demə sirrini paylaşmaq insanı rahatladır. Utancı gizlətmənin ən böyük çətinlik olduğunu öyrəndim", - deyib. Yaşadığı travmaya rəğmən bu gün milyonların sevimlisi olan bir qadındır.

Bill Kosbi

Əfsanəvi aktyor 1997-ci ildə 27 yaşlı oğlu Ennisin faciəvi ölümü ilə qarşılaşıb. Ennis Los Ancelsdə maşınının təkərini dəyişərkən baş verən oğurluq mübahisənin arasına girmiş və vurularaq öldürülmüşdü. Kosbi oğlunun ölümündən sonra həyat yoldaşının isti və sevgi dolu qollarının arasına sığındığını deyir.