Yaponiyada avtomobil supermarketə girib, 14 nəfər yaralanıb - VİDEO


Dünya 10 İyn 2018 14:56:32 299 0

Yaponiyada avtomobil supermarketə girib, 14 nəfər yaralanıb - VİDEO

Yaralılardan biri ölüm ayağındadır

Bazar günü Yaponiyanın paytaxtı Tokiodan şimal-qərbdə yerləşən Sibukava şəhərində avtomobilin supermarketə girməsi nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.

Yaralılardan biri ölümcül vəziyyətdədir, daha 9 nəfər vəziyyəti isə ağırdır.

55 yaşlı sürücü xəsarət almayıb. O, hadisə yerində həbs olunub.