Cəlilabadda qoyun oğruları tutuldu


Digərləri 10 İyn 2018 13:47:00 230 0

Cəlilabadda qoyun oğruları tutuldu

Oğurluq heyvanlar qışlaqdan yaylağa aparılan zaman törədilib

Cəlilabad rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, İyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş keçinin oğurlanması ilə bağlı müraciət daxil olub. Polis əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 11500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparıldığı müddətdə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum olub. Oğurlanmış heyvanlar saxlanılan şəxslərdən müəyyən edilərək sahiblərinə təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.