Sumqayıtda güclü yanğın: yük maşını, balıqçı qayığı kül oldu


Digərləri 10 İyn 2018 10:38:00 251 0

Sumqayıtda güclü yanğın: yük maşını, balıqçı qayığı kül oldu

Ötən  gecə Sumqayıt şəhərində güclü yanğın hadisəsi baş verib.

Son.az-ın xeberle.com-a istinadən məlumatına  görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının birində qeydə alınıb.

Yanğın yerinə Sumqayıt Yanğından Mühafizə qarnizonundan 3 yanğın avtomobili və canlı qüvvə cəlb edilib.  Yanğın nəticəsində "Qazel" markalı yük avtomobili və balıqçı qayığı yanıb.  

Ərazidə 4 ədəd qayıq və bir ədəd traktor yanğından mühafizə olunub. Hadisə yerində 1988-ci il təvəllüdlü Əliyev Elçin Bəylər oğlu yuxarı ətrafların 1-3-cü dərəcəli yanıq xəsarətləri alıb.   Xəsarət alan dərhal  Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.