Naftalanda 5 yaşlı uşağı maşın vurub


Digərləri 09 İyn 2018 23:56:00 343 0

Naftalanda 5 yaşlı uşağı maşın vurub

Naftalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 2013-cü il təvəllüdlü İsmayılzadə Solmaz Tural qızını avtomobil vurub.

Uşaq yerləşdirildiyi xəstəxanada əməliyyat edilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.