Tərxunun az bilinən faydası və ziyanı


Digərləri 09 İyn 2018 22:05:00 714 0

Tərxunun az bilinən faydası və ziyanı

Adi yovşanın yaxın "qohum"u olan tərxun vitamin və minerallar, efir yağları, flavonoid, kumarin, alkaloidlər və bəzi digər nadir faydalı maddələrlə zəngindir.

Tərxun qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunurdu. Həmçinin tərxunu "sevgi" dərmanların tərkibinə də daxil edirdilər.

Tərxunun həqiqətən çoxlu faydalı xüsusiyyətləri var:

- Son.az saglamolun.az-a istinadən bildirir ki, tərxun orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, beyinin fəaliyyətini və əhvalı yaxşılaşdırır.

- Damarları möhkəmləndirir, onları daha elastik edir, damarlarda trombların və aterosklerozun əmələ gəlməsi riskini azaldır, təzyiqi salır.

- Bağırsaqlarda qurdları və patogen mikrobları öldürür.

- Depressiya zamanı yaxşı kömək edir.