Bazarlarda mövsümi məhsullara tələbat artıb


Digərləri 09 İyn 2018 21:26:00 297 0

Bazarlarda mövsümi məhsullara tələbat artıb

Mövsümi meyvələrin yetişməsi ilə bazarlarda alıcı sıxlığı müşahidə olunur. Yerli məhsullara tələbat çoxdur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yerli məhsulların bazara çıxarılması xarici ölkələrdən idxal olunan meyvələrin qiymətinə də təsir edib. Əsas tələbat isə bölgələrimizdə yetişdirilən ərik və şaftalıyadır. Qiymətlərin yaxın günlərdə yenə enəcəyi gözlənilir.

Satıcılar deyir ki, alıcıların sayının artması qiymətlərin enməsi ilə bağlıdır. Alıcılar isə qiymətləri qənaətbəxş hesab etsələr də, hazırda ən çox tədarük olunan ərik və şaftalının qiymətinin şişirdildiyini düşünürlər.


Xəbərə aid video