Hitlerin hamıdan gizlətdiyi uşaqlığı üzə çıxdı – FOTO


Digərləri 09 İyn 2018 21:03:00 297 0

Hitlerin hamıdan gizlətdiyi uşaqlığı üzə çıxdı – FOTO

Avstraliyalı yazıçı Paul Ham yeni kitabında Adolf Hitlerin uşaqlığına aid maraqlı məlumatlar yer alıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, "Young Hitler: The Making of the Führer" ("Gənc Hitler: Rəhbərin yaradılması") adlı kitab alman diktatorun "Məsih" imicini yaratmaq üçün öz keçmişini necə "təmizləməsindən" bəhs edir.

Kitabda Hitlerin 1933-cü ildə Almaniya rəhbərliyinə gəldikdən sonra keçmişinə aid məlumatları gizlətməyə çalışdığı deyilir. O, hətta Vyanada vaxtilə dostluq etdiyi rəssam barəsində belə ölüm hökmü verməkdən çəkinməyib.

Hitlerin hakimiyyətə gəldikdən sonra ilk işi Şikgruber (Schickgruber) soyadını dəyişmək olub.

Kitabda Hitlerin uşaqlıqdan başlayaraq "qaranlıq güclər"ə maraq göstərdiyi və özünün bu qüvvələr tərəfindən yönləndirildiyini düşündüyü məlumatı yer alıb.


Xəbərə aid fotolar