“AirPods” qulaqcığı eşitmə cihazı kimi istifadə edilə bilər


Digərləri 09 İyn 2018 19:55:00 383 0

“AirPods” qulaqcığı eşitmə cihazı kimi istifadə edilə bilər

iOS-un yeni versiyasında naqilsiz "Apple" qulaqcıqlarını eşitmə aparatı qismində istifadə edə bilmək imkanları yaradılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, yeni içlikdə real zaman rejimində smartfonun mikrofonundan səsi ötürə bilən funksiya aşkar edilib. Bununla da istifadəçi "iPhone"u müsahibinə yaxınlaşdıracaq və onun nitqini daha yaxşı eşidə biləcək. Təbii ki, bu, əsl eşitmə cihazını əvəz etməyəcək, ancaq məhdud eşitmə imkanları olan insanlara yardımçı olacaq.