İmmuniteti gücləndirən qidalar


Digərləri 09 İyn 2018 19:15:00 290 0

İmmuniteti gücləndirən qidalar

Elə qida məhsulları var ki, müntəzəm qəbul edildikdə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qidalara süd məhsulları da daxildir. Bu məhsulları hər gün istifadə etməklə, az və ya orta dərəcədə yağlılığı olan növlərini seçmək daha düzgündür.

Həkim və diyetoloqlar kərə yağından tamamilə imtina etməyi məsləhət görmürlər. Məsələn, hər gün səhər kərə yağı ilə olan buterbrod yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Süd məhsullarından kefir və bioyoqurtlar daha xeyirli hesab olunur. Gün ərzində 150 qram kefir və ya bifidebakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə riskini azaldır.

Çox az adam bilir ki, o qədər də diqqət yetirilməyən lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatordur. Məsələ burasındadır ki, həm qabıqlı, həm də təmizlənmiş şəkildə maş bitkisinin tərkibi insan orqanizmində interferonun yaranmasına kömək edən maddə ilə zəngindir.

Brokkoli, gül kələmi, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər beta-karotin maddəsi ilə zəngindir. Həmin maddə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

Qida rasionuna bildirçin yumurtasının daxil edilməsi immunitet üçün çox xeyirli hesab olunur.