Yeni icra başçısı: "Mənə ona görə "Zəhər Mamed" deyirlər ki..."


Digərləri 09 İyn 2018 15:20:00 372 0

Yeni icra başçısı: "Mənə ona görə "Zəhər Mamed" deyirlər ki..."

Tovuz rayon İcra Hakimiyyətinə yeni təyin olunan icra başçısı Məmməd Məmmədov islahatlar olacağının anonsunu verib.

Son.az bildirir ki, yeni başçı Tovuz rayonunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər planı hazırladığı haqda unikal.org-a danışıb.

- Prezident İlham Əliyevin sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinə başçı təyin olundunuz. Bu təyinatı gözləyirdinizmi?

- Cənab prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifahının yaxşılaşdırılmasıdır. Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Bu işlər bizi qane eləmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib. Mən də hər zaman bu tapşırığı icra etməyə çalışacam.

- Rayon əhalisinin məşğulluğunu artırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

- Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq. Müəssisələr və obyektlər yaradacağıq, sahibkarlara yeni imkanlar tanınacaq. Sahibkarlara aktiv fəaliyyət üçün kömək edəcəyik. Onların daha çox gəlir əldə etməsinə imkanlar yaradacağıq.

- Rayon İcra Hakimiyyətində kadr islahatı olacaq? Yeni təyinatlar gözlənilirmi?