İstirahət gününün havası


Digərləri 09 İyn 2018 14:13:00 259 0

İstirahət gününün havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 16-18° isti, gündüz 24-28° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək.