Gəncədə oğlan əlili soyundurdu, videoya çəkdi,


Digərləri 09 İyn 2018 14:05:00 297 0

Gəncədə oğlan əlili soyundurdu, videoya çəkdi,

Ziyad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Gəncə şəhərində hədə-qorxu yolu ilə pul və əmlak tələb etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü .

Son.az publika.az-a istinadla xəbər verir ki, Ziyad Mustafayev 2017-ci il iyulun 17-də, saat 21.30-da əvvəllər tanıdığı və həmyaşıdı olan Sahib Babayevlə (ad və soyad şərti verilib - red.) rastlaşıb.

Tanıdığı həmyaşıdını sahibsiz yerə gətirdi

O, həmin vaxt Sahib Babayevi şəhərin Gülüstan qəsəbəsi Əziz Əliyev prospektində yerləşən "Benzin" adlı fəaliyyəti dayandırılmış, ətrafı dəmir örtüklə çəpərlənmiş yanacaqdoldurma məntəqəsinə gətirib.

Orada Ziyad Mustafayev Sahib Babayevi əvvəlcə döyüb, ondan pul verməsini tələb edib. Amma Sahib ona verəcək pulu olmadığını deyib.

Döydü və soyundurdu

Bundan əsəbiləşən Ziyad Mustafayev Sahib Babayevin sifətinə bir neçə dəfə əli ilə vurub və üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə onu öldürməklə hədələyib.

Sonra o, Sahib Babayevin qollarını və ayaqlarını özü ilə gətirdiyi narıncı rəngli lentlə bağlayıb, əynindəki şalvarını soyundurub.

Əxlaqsız hərəkət

Daha sonra o, Sahib Babayevə qarşı özü ilə gətirdiyi bir litirlik "Bonaqua" markalı içərisi yarıya kimi su ilə dolu olan plastik su qabı ilə əxlaqsız, çirkin hərəkətlər edib. Ziyad Mustafayev həmin hərəkətləri öz mobil telefonu vasitəsi ilə videoya çəkib.

Şantaj və pul tələbi

Sonra Ziyad Mustafayev həmin videonu yaymaqla, Sahib Babayevi biabir edəcəyi ilə hədələyib. Bu videonu yaymamaq üçün Ziyad Mustafayev ondan pul verməsini tələb edib.

Həmin vaxt Sahib Babayevin ona verməyə pulu olmayıb. Ziyad Mustafayev onu hadisə yerindən buraxıb və pulu gətirmək üçün ona bir gün vaxt verib.