Qız 8000 dollar verib, gözünün içinə döymə etdirdi,


Digərləri 09 İyn 2018 10:22:00 314 0

Qız 8000 dollar verib, gözünün içinə döymə etdirdi,

Avstraliyalı 23 yaşlı Amber Luke adlı 8000 dollardan çox pul xərcləyərək özünü tanınmaz hala salıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, kor olmağı belə gözə alan Amber göz ağını göy rəngdə tatu etdirib və dilini əməliyyatla iki yerə ayırtdırıb.

Döymə asılısına çevrilən qızın bədənində hazırda 50-dən çox tatuaj var. O bildirib ki, bu əməllərinə görə peşman deyil.

Daily Mail Australia-ya açıqlama verən Amber bildirib ki, yeni görünüşünü çox bəyənib. O, özünü "Mavi gözlü ağ əjdaha" kimi təqdim edib.


Xəbərə aid fotolar