Müəllimlərə saathesabı ödənilən


Digərləri 09 İyn 2018 08:23:00 325 0

Müəllimlərə saathesabı ödənilən

Azərbaycan Respublikası Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"nin yeni cədvəlini təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən:

bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat (4,85 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat (3,20 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat (2,50 manat olub) ödəniləcək;

xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat (5,75 manat olub), dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat (4,15 manat olub), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat (2,80 manat olub) ödəniləcək;