Dubayda "iPod"a bənzəyən "ağıllı" bina tikilib


Digərləri 08 İyn 2018 22:26:00 350 0

Dubayda "iPod"a bənzəyən "ağıllı" bina tikilib

Dubayda "Apple" şirkətinin populyar "iPod" musiqi pleyerinə bənzəyən "ağıllı" yaşayış binasının tikintisinin tezliklə başa çatması və istifadəyə verilməsi gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 26 mərtəbəli bina Dubayın mərkəzinin yaxınlığında yerləşən biznes buxtasında tikilib və bu layihə memarlıqda texnologiyanın son nailiyyətindən istifadə edildiyi yeni istiqamət sayılır. Müasir texnologiyalar sayəsində bina sakinləri mənzillərini öz ehtiyacları və zövqlərinə uyğun şəkildə proqramlaşdıra biləcəklər.