Ürək yarasına DƏRMAN TAPILDI Sevgi asılılığından qurtulmaq üçün...


Digərləri 08 İyn 2018 22:17:00 304 0

Ürək yarasına DƏRMAN TAPILDI  Sevgi asılılığından qurtulmaq üçün...

Heç cürə yemək yeyə bilmirsiniz, yata bilmirsiniz və tək düşünə bildiyiniz şey bir az sonra qəbul edəcəyiniz dozadır? Şiddətli sevgi asılılığınız ola bilərmi?

Son.az xəbər verir ki, qüvvətli sevgi hisləri çox zaman özü ilə birgə coşğu, arzulamaq, bağlılıq, vaz keçmək və təkrarlamaq kimi prosesləri gətirir. Elm adamları tərəfindən əldə edilən beyin görüntüləri bu durumun beynin mərkəzində yaşanan narkotik bağlılığı vərdişi ilə bənzərliyi ola biləcəyini ortaya qoyub.

Ancaq sevginin insanlarda bağlılıq duyğusu oyatması ilə bağlı bəzi mübahisələr mövcuddur. Oksford Universiteti Nevrotik Mərkəzindən Brayn Örp deyir ki, insanlar gerçək bağlılıq teoriyası üzərində razılığa gələ bilmədikləri üçün işlər qarışıq hal alır. Xüsusilə, "eşq" termininin mənası mövzusunda fikir ayrılığı yaşanır.

Yenə eyni universitetdən Andres Sandberq isə bildirir ki, insan aşiq olmaq istəmədiyinin fərqinə vardığında artıq vaz keçməyəcəyi bir nöqtədə olur və bu da eynilə digər bağlılıqlarda sərhədi aşarkən yaşanılan hislər kimi pis hadisələrə səbəb olur.

Örp və komandası 1956-2016-cı illər arasında yayımlanan eşq və bağlılıq mövzusunda 64 araşdrımanı incələyərək sevgi bağlılığının iki fərqli çeşidi olduğuna dair faktlara rast gəliblər.

Mükafat mexanizmi

Araşdırmaçılar bir münasibətin içində olmadığında özünü narahat hiss edib dərhal keçmiş sevgilisinin yerini başqası ilə doldurmağa çalışan insanların komandanın adlandırdığı forma ilə desək, sevgi bağlılığının "dar" biçiminə sahib ola biləcəyini söyləyir.

Bu tip insanlar sevdikləri insanla yaxın olma arzusuna qarşı durmaq üçün mübarizə apararlar. Bütün zamanlarını onlarla keçirmək istəyərlər və obsessiv (aludəçilik) düşüncə və davranışlar sərgiləyərlər. Bəzi durumlarda bu vəziyyət insanı təqib edərək təcavüz və cinayətə yol aça bilir.

Bu növ asılılıqlar idarəetmədə pozuqluğu və sosial münasibətlərdə yaşanacaq sıxıntıları özü ilə birgə gətirir. Digər asılılıq növlərində olduğu kimi, bu davranış da beyində yaşanan və mükafat siqnallarını artıran qeyri-adi proseslər tərəfindən qığılcımlanar.

Professor Örp bildirir ki, narkotikdən istifadə beyindəki mükafat mexanizmini kəskin şəkildə işlədən dopamin hormonunun ifrazına yol açır. Bu da insanın digər məşğuliyyətləri germəkləşdirməsinə əngəl olur və təkrar-təkrar narkotik qəbul etməsini tələb edir. Bu sahədəki işlərinə dair apardıqları araşdırmlarada elm adamları bəzi sevgi münasibətlərinin mükafat mexanizmində bənzər bir təsir göstərdiyini və beləliklə, insanın eyni təcrübəni təkrar yaşamaq istəyində olduğunu aşkar ediblər.

Bundan başqa, komanda "geniş" adlandırdıqları fərqli bir sevgi asılılığı növünə dair faktlar da əldə ediblər. Bu asılılıq normal sevgi təcrübəsi ilə eyni sahəni bölüşən, ancaq daha qüvvətli (nəzarət olunacaq qədər) arzuları özü ilə birgə gətirən bir hiss kimi dəyərləndirilib.