Beyin yorğunluğundan şikayət edənlərin sayı artıb


Digərləri 08 İyn 2018 20:46:00 281 0

Beyin yorğunluğundan şikayət edənlərin sayı artıb

Xroniki yorğunluq ötən əsrin əvvəllərindən tibb elminə məlum olan xəstəliklərdən biridir. Müasir dövrdə geniş yayılan xroniki yorğunluğun ilk nümunələrinə Avropa və ABŞ-da rast gəlinib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə aşkar olunub. Sindrom daha çox ali təhsilli gənclər arasında yayıldığına görə onu bəzən "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-da aparılan araşdırmalara əsasən ölkə əhalisinin 10 milyon nəfərə qədəri həmin sindromdan əziyyət çəkir.

Psixoterapevt Əli Nağıyevin dediyinə görə, son vaxtlar ölkəmizdə həmin şikayətlərlə müraciət edənlərin sayı artıb: "Daim yorğunluq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir. Həmin sindrom bir çox problemlərdən qaynaqlanır. Buna depressiv pozuntu, vitamin D və qanda dəmir elementinin çatışmazlığı, qan azlığı da səbəb ola bilər".