Azərbaycan-İran avtomobil zavodu istehsalat planlarını açıqlayıb


Digərləri 08 İyn 2018 19:11:00 309 0

Azərbaycan-İran avtomobil zavodu istehsalat planlarını açıqlayıb

Neftçala sənaye zonasında yerləşən “Khazar” Azərbaycan-İran avtomobil zavodu bu ilin sonunadək iki minə yaxın avtomobil istehsal etməyi planlaşdırır.

Neftçala. İlkin Şəfiyev - Neftçala sənaye zonasında yerləşən “Khazar” Azərbaycan-İran avtomobil zavodu bu ilin sonunadək iki minə yaxın avtomobil istehsal etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.