Peruda 4 polis öldürüldü


Dünya 08 İyn 2018 16:38:00 520 0

Peruda 4 polis öldürüldü

Peruda terrorçuların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Uankavelika bölgəsində qeydə alınıb. 

Partlayıcılarla silahlanmış naməlum şəxslər polis patrul xidmətinin avtomobilinə hücum ediblər. Onlara yardıma getmiş başqa patrul maşınına isə atəş açılıb. Hücum edənlər hadisə yerində elamiyyə saxlayıblar. Sənəddə bildirilib ki, onlar Peru İnqilabi Partiyası adından silahlı mübarizə aparırlar.