Dövlət Komitəsinin nümayəndəsi BMTnin komitəsinə üzv seçilib


Digərləri 08 İyn 2018 16:25:00 336 0

Dövlət Komitəsinin nümayəndəsi BMTnin komitəsinə üzv seçilib

7 iyun 2018-ci ildə Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya tərəf dövlətlərin 20-ci iclası zamanı BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin (CEDAW) üzvlüyünə seçkilər keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə bəyanatında deyilir ki, adıçəkilən qurumlar və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin apardığı təbliğat-təşviqat fəaliyyəti nəticəsində Azərbaycanın namizədi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi 143 dövlətin səsini əldə edərək 2019-2022-ci illər üzrə komitəyə üzv seçilib.

Komitədə mövcud olan 12 vakant yerə 16 dövlətin nümayəndəsinin namizədliyi irəli sürülüb (Azərbaycan, Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Əlcəzair, Monteneqro, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan, Toqo, Əfqanıstan və Burkina Faso).

Seçilmək üçün Konvensiyaya üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 126 dövlətin səsi tələb olunduğu halda Azərbaycan Respublikasının namizədinə 143 dövlət səs verib.