Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçısının çıxışı olub (FOTO)


Digərləri 08 İyn 2018 15:40:00 294 0

Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçısının çıxışı olub (FOTO)

Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçısı Nik Uest konsert proqramı ilə çıxış edib.

Bakı. . Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının funk bass gitaraçısı və müğənnisi Nik Uest öz ansamblı ilə çıxış edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi və "Premier Art Management" prodüser agentliyinin təşəbbüsü ilə reallaşıb. Gecədə N.Uest özünəməxsus kompozisiyaları və populyar caz-hitlərini ifa edib. Amerikalı funk basçı N.Uest 26 yanvar 1989-cu ildə Arizona Ştatının Feniks şəhərində anadan olub. Altı yaşında ikən o, bacısı ilə üçhissəli harmoniya oxuyurdu. Bu, onun musiqi qabiliyyətini üzə çıxardı. Nik 13 yaşındaykən ritm gitarasını alır və Maykl Ceksonun mahnılarını eşitdikdən sonra musiqi ilə məşğul olmağı qərara alır. Musiqiçi Alexks Henderson (Billboard) N.Uestin böyük istedadının olduğunu xüsusi qeyd etmişdi. N.Uest deyir ki, onun musiqisini dinləyən hər kəs üçün bu musiqi yeni nəfəsdir.