Qeyriadi TAPINTI: Qədim insanda xərçəng xəstəliyi VİDEO FOTO


Digərləri 08 İyn 2018 14:40:00 329 0

Qeyriadi TAPINTI: Qədim insanda xərçəng xəstəliyi  VİDEO  FOTO

Nərgizava nekropolunda aparılan arxeoloji tədqiqatlar yeni faktlar ortaya çıxarıb. 2, 3 və 4-cü əsrlərə aid qədim insanlarda xərçəng xəstəliyi aşkarlanıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Ağsunun Gəgəli kəndindəki Nərgizava nekropolunda, 70 kvadratmetr ərazidə aparılan yeni arxeoloji kəşfiyyat qazıntısı zamanı xərçəng xəstəliyinin izinə rast gəlinib.  Vüsal Həsənov - Antropoloq: "Sümüklərdə xəstəliklərin izləri aşkar olunmuşdu. Məsələn, bir insana aid bud sümüyündə ostisakoma deyilən sümük xərçəngi aşkar olunmuşdu. Biz, demək olar ki, bu materialları həm insanlara həm də heyvanalara aid skelet materialları arxelogiya-etnoqrafiya inistutunun laboratoriyasına götürəcəyik". Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətyanı sahəsində yerin 40 sm dərinliyindən başlayaraq çıxan qarışıq materiallar və insan skeletləri əraziyə yaxın yerdə qədim insan məskəninin olduğunu da ehtimal edir.  Fariz Xəlilli - Tarix üzrə fəlsəfə doktoru: "Yaşayış yeri bu qəbiristanlıqdan nisbətən cənub ərazidədir. Yaşayış yerinin aşkar olunması Nərgizava abidəsinin əhəmiyyətinin artıracaq" Vəli Əliyev - Akademik: "Nekropola yaxın bir yerdə hardasa yaşayış yeri tapılmalıdır. Və onda bu dəyərli abidənin Azərbaycan tarixinə, Şirvan tarixinə yeni səhifələr yazmağa imkan verəcək".  Tarixçi alimlərin sözlərinə görə, Nərgizavada arxeoloji tədqiqatlar davam etdirildikcə, başqa sirlər də üzə çıxacaq.


Xəbərə aid fotolar