Tovuzda çağırışa gecikən tibb işçiləri döyüldülər


Digərləri 08 İyn 2018 14:37:00 260 0

Tovuzda çağırışa gecikən tibb işçiləri döyüldülər

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda  araşdırma aparılır.

Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib.