"Məktəb haqqında yazı yazacağını deyərək 500 manat istədi"


Digərləri 08 İyn 2018 14:13:00 277 0

"Məktəb haqqında yazı yazacağını deyərək 500 manat istədi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Sumqayıtda məktəb direktoru kimi çalışan Telman Adıgözəlov ifadə verib.

Zərərçəkmiş bildirib ki, A. Abbasov ona zəng edərək, görüşmək istədiyini deyib. Onun sözlərinə görə, A. Abbasov məktəb haqqında yazı yazacağını deyərək, ondan 500 manat istəyib: "Mənə hədə-qorxu gəlmədi. Sadəcə, pul istədi. Mən də pulumun olmadığını dedim və bundan imtina etdim".