UNEC tələbəsi “Rəqəmsal maliyyə xidmətləri” müsabiqəsinin qalibi oldu


Digərləri 08 İyn 2018 12:18:28 222 0

UNEC tələbəsi “Rəqəmsal maliyyə xidmətləri” müsabiqəsinin qalibi oldu

UNEC-in tələbəsi Əsəd Qaralov Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) birgə reallaşdırdığı yaradıcılıq müsabiqəsinin qalibi olub.

Bakı. UNEC-in tələbəsi Əsəd Qaralov Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) birgə reallaşdırdığı yaradıcılıq müsabiqəsinin qalibi olub. Trend-in məlumatına görə, “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” mövzusunda keçirilən müsabiqənin məqsədi gənclərin diqqətini müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə yönəltmək, onları bu istiqamətdə maarifləndirmək olub. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan II kurs tələbəsi Ə.Qaralov müsabiqəyə Türkiyədən qatılıb. Hazırda “Erasmus+” tələbə mübadilə proqramı çərçivəsində təhsilini bir semestrlik Türkiyənin Hacettepe Universitetində davam etdirən Ə.Qaralov məqalədə müasir nağdsız ödəniş vasitələri, elektron bankçılıq, nağdsız ödənişlərin həcminin artırılmasının ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti, nağdsız ödənişlərin həcminin artırılması yolları, ödəniş kartlarından istifadə imkanları mövzularında araşdırma aparıb.