BakıŞamaxıYevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq


Digərləri 08 İyn 2018 12:01:00 235 0

BakıŞamaxıYevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən xəbərə görə, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.