Əli Mirəliyevlə Rühəngiz Musəvi arasında dava "Pula görə əyilmərəm"


Şou-biznes 08 İyn 2018 11:43:00 231 0

Əli Mirəliyevlə Rühəngiz Musəvi arasında dava  "Pula görə əyilmərəm"

"Maşın" realiti-şousunda əməkdar artist Rühəngiz Musəvi ilə müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Mirəliyevin zarafatını Musəvi qəbul etməyib.

Avtomobildə yol gedərkən onların sözləri çəpləşib. Əli müğənniyə "70 yaşında mənə rişxənd edir. Mənə ağıl öyrədirsən. Gecikmisən ey.." sözlərini deyib.

Onun ifadələrini R.Musəvi qışqıraraq və ağlayaraq qəbul edib və getmək istədiyini söyləyib:

"Götürmürəm mən. Əşyaları yığıb gedirəm, məni evə yollayın. Ad qazanmışam, pula görə əyilmərəm. Mən şou adamı deyiləm".