AMEA prezidenti: "Son 5 ildə tətbiqi tədqiqatların səmərəliliyi xeyli artıb"


Digərləri 08 İyn 2018 11:19:10 287 0

AMEA prezidenti: "Son 5 ildə tətbiqi tədqiqatların səmərəliliyi xeyli artıb"

Son 5 ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə bildirib.

O qeyd edib ki, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi qəbul olunub: "Bu istiqamətdə ən mühüm uğurlardan biri Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır".