Gələn il Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının beynəlxalq sərgisi keçiriləcək (FOTO)


Digərləri 08 İyn 2018 09:33:00 236 0

Gələn il Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının beynəlxalq sərgisi keçiriləcək (FOTO)

Perunun Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları Konfransı və Sərgisi keçirilir

Bakı. İyun ayının 6-da Perunun Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb. DGK-dan Trend-ə verilən məlumata görə, Peru Gömrük və Vergilər Administrasiyasının ev sahibliyi etdiyi sayca 17-ci olan bu tədbir Koreya Gömrük Xidmətinin dəstəyi ilə təşkil edilib. Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev təmsil edirlər. Konfrans-sərginin birinci günündə Peru Gömrük və Vergilər Administrasiyasının milli katibi Victor Shiguiyama Kobashigava, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin İnformasiya və Beynəlxalq Əlaqələr Bürosunun direktoru Taeii Kanq açılış nitqi söyləyiblər.