Bakıda orta yaşlı kişini avtomobil vurub


Digərləri 08 İyn 2018 07:55:00 296 0

Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, Buzovna qəsəbəsinin Albalı yaşayış massivində ad-soyadı hələlik bilinməyən 40-45 yaşlı kişini "Mercedes" markalı avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.