Evlənmək isəyən 428 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb


Digərləri 07 İyn 2018 23:40:00 310 0

Evlənmək isəyən 428 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

May ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 23 nəfərdə siflis, 14 nəfərdə isə QİÇS aşkar edilib.

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 15 min 651 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

"428 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan 4 cütlük aşkarlanıb".

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 418 min 757 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib: