Ağdamda Bayraq Meydanında yanğın FOTO


Digərləri 07 İyn 2018 23:41:00 369 0

Ağdamda Bayraq Meydanında yanğın  FOTO

Ağdamda Bayraq Meydanında yanğın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, yanğın rayonun İmamqulubəyli kəndində Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində baş verən qısa qapanmadan baş verib.Yanğına ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edərək alovun genişlənməsinin qarşısını alıblar. Daha sonra hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını cəlb olunub. Alov qısa müddətdə söndürülüb. Son.az


Xəbərə aid fotolar