Mehrabda Mövla Əlinin (ə) şəhadət şərbətini içdiyi gündür...


Digərləri 07 İyn 2018 21:45:00 312 0

Mehrabda Mövla Əlinin (ə) şəhadət şərbətini içdiyi gündür...

İmam Əlinin (ə) şəhadət xəbərini Peyğəmbər (s) "Ənkəbut" surəsinin ilk iki ayəsi nazil olan zaman vermişdi. İmam Əli (ə) Peyğəmbərdən (s) öz şəhadəti haqqında soruşmuşdu. İmam (ə) buyurmuşdu: "Ühüd döyüşündən sonra şəhadət mənə nəsib olmadı. Bu, mənə baha başa gəldi. Siz də mənə buyurmadınız ki, müjdə olsun sənə ki, şəhadət intizarındadır".

Son.az deyerler.org-a istinadən bildirir ki,  Peyğəmbər (s) buyurur: "Belədir. Belə bir zamanda səbrin necədir?".

İmam (ə) buyurur: "Şəhadət üçün səbrin yeri yoxdur. Bəlkə şükür və təşəkkür üçün yer vardır".

Cabir nəql edir ki, Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Sən mənim canişinimsən. Səni öldürəcəklər və nəhayət bu saqqalın başının qanına boyanacaqdır".

Aişə nəql edir: "Peyğəmbəri (s) gördüm ki, İmam Əlini (ə) qucaqlayıb onu öpür. Buyurur: "Tənha şəhidə atam qurban"".

Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) qatilini bu ümmətin ən bədbəxti adlandırmışdı.

İmam Əlinin (ə) özü də öz şəhadəti haqqında dəfələrlə söz açmışdı. Buyururdu ki, saqqalım başımın qanına boyanacaqdır. Öz qatilini də tanıyırdı. İmam (ə) şəhadətə çatan zaman buyurmuşdu: "Ramazan ayı gəlib çatmışdır və Allah yolçularının illərinin başlanğıcıdır. Müqəddəs Zatın dəyirmanı çönməkdədir. (Bu, bir işarədir ki, Allah öz nemətlərini bəndələri arasında gəzdirir). Bu il ki, həcci yerinə yetirəcəksiniz və Əlini (ə) aranızda görməyəcəksiniz".

İmam (ə) bir ömür bu şəhadətin intizarını çəkmişdi. Ramazan ayının son günlərində xüsusi hala malik idi. Hər nə qədər Ramazan ayının sonuna yaxınlaşırdı, şəhadətə bir o qədər yaxın olurdu.

Ramazan ayının 19-da qızı Ümmi Gülsümün ad günü idi. Sadə bir yeməklə iftarını açır və səhərə qədər oyaq olur. Qızı ona müraciət edib dedi: "Bu gecə niyə oyaqsınız? Hansı hadisə sizi oyaq saxlamışdır?".

Həzrət (ə) buyurdu: "Səhərə yaxın mənə zərbə dəyəcəkdir. Elə bir zərbə ki, şəhadətlə sonlanacaqdır".