IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə daha bir aksiya keçiriləcək


Digərləri 07 İyn 2018 17:36:00 337 0

IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə daha bir aksiya keçiriləcək

Tədbirdə Almaniyadan ölkəmizə könüllü əsaslarla səfər etmiş baytar həkimlər iştirak edəcək.

Bakı. 8-14 iyun tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və IDEA Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda, xüsusən də Balaxanı qəsəbəsindəki sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi, birkalanması və müalicəsi üzrə növbəti aksiya keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbirdə Almaniyadan ölkəmizə könüllü əsaslarla səfər etmiş baytar həkimlər iştirak edəcək. Aksiya IDEA Heyvanlara Qayğı Mərkəzinin baytarlıq klinikasında keçiriləcək. Bakı və onun ətraflarında sahibsiz ev heyvanlarının populyasiyasının sürətlə artması bir çox problemlərə səbəb olur, o cümlədən insanların və heyvanların sağlamlığına təhlükə təşkil edir. Qeyd edilməlidir ki, cəmi bir dişi it və onun balaları cəmi 7 il ərzində dünyaya 67000-ə qədər bala gətirə bilər.