Bir ay əvvəl arvadını öldürərək qaçan kişinin meyiti Kürdə tapıldı


Digərləri 07 İyn 2018 16:55:00 282 0

Bir ay əvvəl arvadını öldürərək qaçan kişinin meyiti Kürdə tapıldı

Samux rayonunda kişi meyiti aşkarlanıb. Meyit Kür çayının rayonun Qırmızı Samux adlanan ərazisindən keçən hissəsində tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin kimliyi məlum olub. Onun Kəlbəcər rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü, Göygöl rayonunda məskunlaşan Ələsgərov Firudin Əlif oğlu olduğu bildirilir.