Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırlıq işləri başa çatdı


Digərləri 07 İyn 2018 15:40:00 263 0

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırlıq işləri başa çatdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün zəruri hazırlıq işlərini başa çatdırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu nazir müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə yaxın zamanlarda həmin vəsiqələrin veriləcəyinə ümid etdiyini deyib:

"Həmin prosesin gələn il yanvarın 1-dən başlaması planlaşdırılır. Faktiki olaraq bütün hazırlıq başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəsi elektron imza sertifikatlarının verilməsi üçün sertifikasiyalaşma mərkəzlərinin yaradılmasından ibarətdir".