AccessBank-da kibercinayətkarlığın qarşısının alınmasına dair müasir həllər təqdim olunub


Digərləri 07 İyn 2018 13:13:00 276 0

AccessBank-da kibercinayətkarlığın qarşısının alınmasına dair müasir həllər təqdim olunub

AccessBank-ın baş ofisində kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması və araşdırılmasına dair konfrans keçirilib.

Bakı. AccessBank-ın baş ofisində kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması və araşdırılmasına dair konfrans keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, bir sıra bankların və iri şirkətlərin qatıldığı tədbir SmartIT və Group-IB şirkətləri tərəfindən keçirilib. Konfransda kibercinayətkarlıq və fırıldaqçılıq hallarının qarşısının alınması dair müasir həllər təqdim olunub.