Qədim Şamaxıda müasir otel kompleksi


Digərləri 07 İyn 2018 12:36:00 466 0

Qədim Şamaxıda müasir otel kompleksi

İyunun 5-də Şamaxıda yerləşən "Shamakhi Palace Sharadil" otelinin yenidən açlışı ilə əlaqədar jurnalistlər və blogerlər üçün tur təşkil edilib. 

Son.az xəbər verir ki, səfər zamanı jurnalistlər mətbuat konfransında iştirak ediblər. Tədbirdə "Shamakhi Palace Sharadil"-in açılışı ilə bağlı otelin baş meneceri Namiq İsrafilov, satış və marketinq meneceri Firuz Süleymanov jurnalistləri məlumatlandırıb. 

Daha sonra qonaqlar 3 qruplara bölünərək otellə daha yaxından tanış olublar. Qrup rəhbəri tərəfindən jurnalistlərə otelin əyləncə və istirahət məkanları, oteldəki otaqlar, restoranlar, konfrans zalları haqqında ətraflı məlumat verilib. 

İlk növbədə, otelin daxili və xarici görünüşü memarlıq həlli ilə seçilir. Eyni zamanda, oteldə klassikliyin və müasirliyin vəhdət təşkil etməsi hər kəsin diqqətini cəlb edir. "Shamakhi Palace Sharadil" qonaqlara dağların başına açılan heyranedici görüntüyə malik 6 mərtəbəli əsas binada yerləşən 102 möhtəşəm və olduqca rahat otaq və 18 kotec təklif edir.

Qeyd edək ki, oteldə qiymətlər 240 AZN -dən başlayıb, otaqların kateqoriyasına uyğun olaraq 2500 AZN- qədər qalxır.

Oteldə qonaqlara gün boyu rahat və gümrahlıq hiss etməyə imkan verən SPA mərkəzi fəaliyyət göstərir. Burada qapalı və açıq hovuz, cakuzi, türk hamamı, sauna və ən əsası məşhur dünya brendlərindən, akkreditə olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən xüsusi SPA proseduralar təklif olunur. 


Xəbərə aid fotolar