Mağaraların "sahib"ləri 1400 il həbs aldılar FOTO


Digərləri 07 İyn 2018 12:27:00 314 0

Mağaraların "sahib"ləri 1400 il həbs aldılar  FOTO

Yunanıstanın Krit adasında "beynəlmiləl" mütəşəkkil cinayətkar qruplaşma ilə bağlı məhkəmə prosesi başa çatıb. 4 nəfərlik qrupun üzvlərinə toplam olaraq 1400 il həbs verilib.

Son.az European-a istinadən bildirir ki, İraq, Suriya və Əfqanıstan vətəndaşlarından ibarət olan bu qrup Suriya, Əfqanıstan, İraq, Pakistan və İrandan olan miqrantları Krit adasının dağlıq hissəsindəki qayalarda olan mağaralarla kahalara doldurur, sonra da onları qayıqlarla Avropa Birliyi ölkələrinə yollayırdılar.

Onlar Yunanıstan sahillərinin yaxınlığında içində 112 miqrant olan qayıq ələ keçəndən sonra tutulmuşdular.


Xəbərə aid fotolar